Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün
"Report" xəbər verir ki, iclasda Dövlət Komitəsinin sədri
Qeyd edilib ki, hesabat dövründə komitənin fəaliyyət sahələrinə uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirilib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və
Cari ilin birinci yarısında ölkədə dini durumun təhlili də həyata keçirilib, zərərli dini cərəyanların təbliğat üsul və metodlarının analizi, bu cərəyanların təbliğində geosiyasi amillərin rolu, zərərli cərəyanların ölkədə yayılma coğrafiyası və hədəfə aldığı sosial bazanın xarakterik cəhətləri, eləcə də bütün bunlardan yarana biləcək mümkün təhdidlər araşdırılıb, həmçinin ayrı-ayrılıqda fərqli din və məzhəblərə mənsub cərəyan ardıcıllarının etiqadi baxışlarının davranışlarındakı təzahür formaları təhlil edilib. Regionlarda vətəndaşların qəbul günləri qrafikinə uyğun olaraq respublikanın 6 bölgəsində vətəndaşlar komitə sədri tərəfindən qəbul edilib. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerində həll edilib, bəziləri isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq iş aparılıb.
Bildirilib ki, hesabat dövründə xarici əlaqələr sahəsində işlər davam etdirilib, komitə tərəfindən ölkəmizin tolerantlıq, dinc birgəyaşayış təcrübəsinin yayılması, müttəfiq ölkələrlə radikal dini qruplara və təriqətlərə qarşı birgə mübarizə aparılması, Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi məqsədilə təbliğat xarakterli tədbirlər planlı şəkildə həyata keçirilib.
Diqqətə çatdırılıb ki, görülən bütün bu işlərlə yanaşı, dini durumdakı bəzi nöqsanların tam şəkildə aradan qaldırılması hələ də mümkün olmayıb: "Belə ki, dini icmalarla işin günün tələblərinə uyğun qurulması, onların aktiv fəaliyyətinin təmin edilməsi, bütün ibadət evlərində sağlam dini mühitin formalaşdırılması qarşımızda duran əsas vəzifələrdir. Bütün hallarda kənar təsirlərə qarşı mübarizə daha da gücləndirilməlidir. Dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında hər birimiz sayıqlığımızı daha da artırmalıyıq".
Daha sonra Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək deyib ki, Azərbaycanda din və vicdan azadlığı tam şəkildə təmin edilib, dindarlar üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında da milli mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Muxtar respublika ərazisində 209 məscid, 16 dini icma fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş 638 din xadiminə hər biri iki dəstdən ibarət yay və qış geyim forması pulsuz olaraq verilib, onların dini sahədə biliklərinin artırılması məqsədilə Naxçıvan şəhərində və rayonlarda təkmilləşmə kursları təşkil olunub.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir. Tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunub, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə bölgələrdə maarifləndirmə işləri aparılıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki “Heydər” məscidində icma rəhbərləri ilə iclaslar təşkil olunur.
Vurğulanıb ki, 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar respublikada İslam dini üzrə ixtisaslı kadrların hazırlanması üçün 2015-ci ildə “Naxçıvan” Universitetində dinşünaslıq ixtisası açılıb.
Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, komitənin keçirdiyi monitorinqlərdən danışıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Dövlət müşaviri deyib ki, əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır. Ümumi maarifçilik bu gün bizim dindarlarımıza da, məscid əhlimizə də lazımdır. Məscidlərdə təkcə dini kitab yox, dünyəvi kitablar da olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə bu istiqamətdə iş aparmaq, məscidləri mütəmadi olaraq dünyəvi kitablarla zənginləşdirmək olar. Məscidlərdə böyük klassiklərimizin əsərləri olmalıdır.
Din xadimlərinin, xüsusilə gənc din xadimlərinin qruplar şəklində xaricə səfərlərə göndərilməsinin önəmini qeyd edən Kamal Abdullayev bildirib ki, bu cür elmi və dini səfərlərin təşkil edilməsi onların dünya dinləri haqqında təsəvvürlərini, biliklərini artırar. Maarifçilik nöqteyi-nəzərindən, intellektual səviyyənin yüksəldilməsi baxımından bu məsələ əhəmiyyətlidir.
Dövlət müşaviri radikalizmlə, zərərli dini ədəbiyyatla ciddi mübarizə aparıldığını da diqqətə çatdırıb. Əlavə edib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.
Multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayan Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə məlumat verib, bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərinin də daxil olacağını diqqətə çatdırıb.
Dövlət müşaviri ölkədə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.
İclasda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.