Yuxarı
    Bağlamaq

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti Siyəzəndə tədbir keçirib

    Tolerantlıq və dini radikalizmlə mübarizə məsələləri müzakirə edilib

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzəndə “Tolerantlıq və dini radikalizmlə mübarizə” adlı tədbir keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı Fariz Nağıyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açıq elan edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov Azərbaycanda mövcud olan tolerant mühit və multikultural ənənələr barədə də ətraflı məlumat verib.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında radikalizmin yaranma tarixindən, radikalizmin baş vermə səbəblərindən və qarşısının alınması üçün həyata keçirilməsi vacib olan tədbirlərdən bəhs edib. E.Nurullayev, eyni zamanda tədbir iştirakçılarını bölgədəki dini durum barədə də məlumatlandırıb.

    Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı F.Nağıyev məruzəsində dini terrorizmlə və ekstremizmlə mübarizə sahəsində həyata keçirilən qanunamüvafiq tədbirlərdən, QMİ-nin qazısı C. Əfəndiyev isə dövlətin dini icmalara ayırdığı diqqət və qayğıdan danışıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi