Yuxarı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 16-da Qubada vətəndaşlar üçün açıq qəbul keçirəcək. Bu barədə Report-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi