Yuxarı

“Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edilib

Müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə xidmət edir

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edir.

Bu barədə "Report"a Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən bildirilib.

Müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir. Elan edilən müsabiqə müqəddəs kitablar haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.

Müsabiqənin şərtlərinə görə təqdim edilən şeirlərin ideyası səmavi kitabların - "Tövrat", "Zəbur", "İncil", "Quran" motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər.

Şeirlər elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə (əlaqə telefonları mütləq yazılmaq şərti ilə) Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir: ayfondu@gmail.com

İyulun 6-sı şeirlərin qəbulu üçün son gündür.

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi