Yuxarı
    Bağlamaq

    Dini Komitədə “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib

    Təşkilat üzvlərinin sualları cavablandırılıb© Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

    Bakı. 10 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən, antisemitizmə və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib.

    Komitədən "Report"a verilən məlumata görə, DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verib. Bildirib ki, ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların, milli azlıqların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinlərini sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. O, Azərbaycanda heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma hallarına rast gəlinmədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlərin mövcud olduğunu qeyd edib. Əlavə edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqları bərabər şəkildə qorunur. Azərbaycanda dini bərabərlik konstitusional səviyyədə təmin olunur. Bu, çox önəmli bir dəyərdir. Azərbaycanda heç vaxt dini səviyyədə heç bir qarşıdurma yaşanmayıb.

    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Qurbanlı diqqətə çatdırıb ki, bu münaqişə dini, milli zəmində baş verməyib. Münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsidir.

    Sonra təşkilat üzvlərinin sualları cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi