Yuxarı

​Dini Komitə: "Radikal cərəyanlara qarşı mübarizədə maarifləndirici metoddan istifadə olunmalıdır"

Salyanda ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-treninq keçirilib

Bakı. 12 avqust. REPORT.AZ/ Salyan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-treninq keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Tural Əliyev, bölgə qazısı Hüsni Həsənov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov açıb.

Ə.Zülfüqarov bildirib ki, dini icmalar fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları onların buraxdığı nöqsanlardan yararlanıb təbliğatlarını edə bilməsinlər. Ona görə də dini icmalar radikal cərəyanlara qarşı mübarizədə maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan istifadə etsələr problemin həllində effektiv nəticələr əldə oluna bilər.

Keçirilən tədbirdə həmçinin, bölgə qazısı H. Həsənov, Mirəşrəf ağa məscidinin axundu Ağalar Sadıqov da çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Respublikamızda tarixən heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi