Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.
Din
16 Aprel , 2019 12:41
Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib
0 : 00
0 : 00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbrdə DQİDK və Mətbuat Şurasının rəhbərliyi, Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbiri DQİDK-nın sədri Mübariz Qurbanlı açaraq Azərbaycanda dini ideoloji təhlükəsizlikdə medianın böyük rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, media burada təhrifə yol verməməlidir, hansısa radikal fikirləri qabardaraq cəmiyyətdə yayılmasına yol verməməldir. M.Qurbanlı qeyd edib ki, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də bu tədbirlər davam etdirilməkdədir. O qeyd edib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşır. Ə.Amaşov bu kimi tədbirlərin keçirilməsini mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Digər çıxışçılar da dini təhlükəsizliyin təmin edilməsində medianın rolunun vacibliyini qeyd ediblər və media mənsublarının dini biliklərinin artırılması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi