Yuxarı

Azərbaycanda dini icmalardan birinin təsisçiləri təşkilatın ləğv edilməsi haqqında qərar qəbul edib

İcma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 mart 2007-ci il tarixində 383 saylı şəhadətnamə ilə qeydiyyata alınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda dini icmalardan birinin təsisçiləri təşkilatın ləğv edilməsi haqqında qərar qəbul edib. “Report” xəbər verir ki, təsisçilər Şamaxı rayonunun "Adnalı kənd məscidi" dini icmasının ləğv olunması barədə qərarı imzalayıb.

Qeyd edək ki, Şamaxı rayonunun "Adnalı kənd məscidi" dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 1 mart 2007-ci il tarixində 383 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Həmin vaxt DQİDK-nin sədri Hidayət Orucov olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi