Yuxarı
    Bağlamaq

    Dini dəyərləri təbliğ edən hüquqi şəxslərin qeydiyyata alınmasında Dövlət Komitəsinin rəyi tələb olunacaq

    Dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyata alınmasında Dövlət Komitəsinin rəyi tələb olunacaq

    Bakı. 3 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyi “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişikliklər edib.

    “Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

    Bu qaydalar qeyri-kommersiya qurumlarının, xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

    Dəyişikliklə, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu tələb olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi