​Dağıstanın başçısı QMİ sədrinə məktub yazıb

​Dağıstanın başçısı QMİ sədrinə məktub yazıb O, Azərbaycanda keçirilən Dağıstan günlərinə görə təşəkkür edib
Din
23 İyun , 2016 20:12
​Dağıstanın başçısı QMİ sədrinə məktub yazıb

Bakı. 23 iyun. REPORT.AZ/ Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu göndərib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramazan Abdulatipov məktubda Allahşükür Paşazadəyə, Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda günlərinin keçirildiyi vaxt göstərdiyi qonaqpərvərlik və səmimi qarşılamaya görə minnətdarlıq edib: "Keçirilən tədbirlər Dağıstan və Azərbaycanın birgə tarixi taleinin olduğunu hamıya bir daha xatırladan, xalqlarımız arasında mövcud olan qonşuluq və qardaşlıq xarakteri daşıyan dostluğu təsdiqləyən, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli əlaqələri inkişaf etdirmək və daha da möhkəmləndirmək əzmini nümayiş etdirən irimiqyaslı hadisə olub". 

Son xəbərlər

Orphus sistemi