Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsi: "Qəbir daşları ilə bağlı tətbiq ediləcək qaydalar yalnız yeni salınan məzarlıqlara şamil ediləcək"

    Mübariz Qurbanlı: Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır

    Bakı. 30 sentyabr. REPORT.AZ/ “Bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Qanunların geriyə tətbiqi mümkün olmadığına görə, qaydalar yalnız yeni salınan məzarlıqlara və yaxud mövcud qəbiristanlardakı boş yerlərə şamil oluna biləcək”.

    “Report”-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hazırda komitədə layihə üzərində iş gedir: “Bütün məzarlar standart ölçüdə olmalıdır. Heç kəs qəbiristanlarda əlavə yerləri hasara alıb zəbt etməməlidir. Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi