"Cümə" məscidi dini icması 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müraciət edib

"Cümə" məscidi dini icması 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müraciət edib "Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidləri, tək Azərbaycanın deyil, həm də İslam aləminin şəhidləri kimi tanınmalıdır"
Din
16 Yanvar , 2015 08:26
Cümə məscidi dini icması 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müraciət edib

Bakı. 16 yanvar. REPORT.AZ/ İçəri şəhər "Cümə" məscidi dini icması 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı müraciət edib.

Səbail Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli faciənin ildönümü ilə bağlı bildirib:

"Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidləri, tək Azərbaycanın deyil, həm də İslam aləminin şəhidləri kimi tanınmalıdır. Çünki, o faciədə şəhid olanlar müsəlman və İslam tarixinin ən böyük faciəsi olan Kərbəla faciəsinin sultanı imam Hüseyn (ə)ın məktəbindən dərs almış qəhrəmanlar idilər.

Keçən 25 il ərzində hər sahədə inkişaf edən Azərbaycan xalqı öz milli və mənəvi dəyərlərinə sadiq olaraq öz şəhidlərinə borclu olmalı və şəhidlərimizi hörmət və ehtiramla anmalıdırlar. Hər bir millətin tarixində həm faciəvi məqamlar, həm də qəhrəmanlıq səhifələri olub. Çox nadir hallarda bu iki məqam üst üstə düşür. 20 yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldı. Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı.

Ümid edirəm ki, şəhidlərimizdən qəhrəmanlıq dərsi alan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edildiyi vaxt bir daha öz qəhrəmanlığını göstərərək bir daha azad və sağlam cəmiyyət kimi tanınacaq.

İçəri şəhər "Cümə" məscidi dini icması adından Azərbaycan xalqına, şəhid ailələrinə və dünya müsəlmanlarına 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq başsağlığı deyirik və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin...".  

Son xəbərlər

Orphus sistemi