Yuxarı
    Bağlamaq

    Cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

    Tədbirdə Ramazan ayı ilə əlaqədar məhkumları maraqlandıran suallar çərçivəsində fikir mübadiləsi də aparılıb

    Bakı. 19 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 7 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov və 7 saylı cəzaçəkmə müəssisənin rəsi müavini, ədliyyə mayoru İlkin Rəhimov iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini, ədliyyə mayoru İlkin Rəhimov dini radikalizmlə bağlı məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunaraq bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.

    Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər.

    Tədbirdə qarşıdan gələn Ramazan ayı ilə əlaqədar məhkumları maraqlandıran suallar çərçivəsində fikir mübadiləsi aparılıb.

    Yekunda müəssisədə məhkumlar üçün ayrılan ibadət otağına baxış keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi