Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib Belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğu bildirilib
Din
11 Dekabr , 2015 17:36
Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 11-də 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev iştirak ediblər.

Tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki R.Ramazanov hazırda dünyada baş verən prosseslər barədə məlumat verib, İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyəti olmadığını bildirib. 

DQİDK-nin sədr müavini S.Heydərov Azərbaycanda dinə münasibətin yüksək səviyyədə olmasını və tolerant ölkə olduğunu diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin “Dinimiz mənəviyyatımızdır” kəlamını yada salaraq, bildirib ki, ibadət edən hər kəs milli kimliyini unutmamalıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinoqoqlar, kilsələr tikilir, təmir olunur. 

S.Heydərov təəssüflə qeyd edib ki, bəzi qüvvələr İslamı terrorçu din kimi təbliğ edərək öz məqsədlərinə nail olmaq istəyirlər.

Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev çıxış edərək, son vaxtlar İslam ölkələrində baş verən hadisələrdən danışıb. Hər üç tədbirin sonunda müəssisə rəisləri çıxış edərək, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər. 

Son xəbərlər

Orphus sistemi