​Cəbhə bölgəsində “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb

​Cəbhə bölgəsində “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb Sonda layihə iştirakçılarına Sertifikatlar təqdim edilib
Din
14 İyul , 2016 18:03
​Cəbhə bölgəsində “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb

Bakı. 14 iuyul. REPORT.AZ/ İyul ayının 13-ü və 14-ü tarixlərində Ağdam rayonu Bənövşələr və Baharlı qəsəbələrində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb. Bu barədə “Report”un məlumatına görə, keçirilən tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri ilə yanaşı, Dini Qurulmarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, ziyalılar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər barədə məlumat veriblər.
Bildirilib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində dövlət tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Tədbirlərdə gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Hər iki tədbirin sonunda DQİDK-nin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb. Eyni zamanda, tədbir iştirakçılarına maarifləndirici kitabçalar təqdim edilib.

Sonda layihə iştirakçılarına Sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin əsas məqsədi gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qoruması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.

Layihə 13-19 iyul tarixlərində Ağdam rayonunun müxtəlif qəsəbələrində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi