Yuxarı

Azərbaycanda bu il qeydiyyatdan keçən dini icmaların adları açıqlanıb - SİYAHI

Qeydiyyata alınan dini icmalar yeni yaranan və ilk dəfə qeydiyyatdan keçən icmalardır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2015-ci ildə 34 dini icmanı qeydiyyata alıb. "Report" xəbər verir ki, qeydiyyata alınan dini icmalar yeni təsis olunan və ilk dəfə qeydiyyatdan keçən icmalardır. Bu il qeydiyyatdan keçən dini icmaların siyahısını təqdim edirik.

1. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şıxlar” dini icması
2. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Cümə məscidi" dini icmas
3. Abşeron rayonu, Güzdək qəsəbəsi, "Rasulullah məscidi" dini icması
4. Abşeron rayonu, Saray qəsəbəsi, "İmam Hüseyn məscidi" dini icması

5. Ağcabədi rayonu, Muğanlı kənd məscidi dini icması

6. Ağdaş rayonu, Qülbəndə kənd "Cümə məscidi" dini icması

7. Balakən rayonu, Mahamalar kəndində yerləşən Qazbinə yaşayış massivi məscidinin dini icması
8. Beyləqan rayonu, Qarallar kənd məscidi dini icması
9. Göyçay rayonu, Qaraxıdır kənd məscidi dini icması
10. Hacıqabul rayonu, İkinci Udullu Qubalı kənd məscidi dini icması
11. Qobustan rayonu, Cəyirli kənd məscidi dini icması
12. Quba rayonu, Səbətlər kənd məscidi dini icması
13. Lerik rayonu, Amburdərə kənd məscidi dini icması
14. Lerik rayonu, Sipyəreğon kənd məscidi dini icması
15. Lerik rayonu, Akuşapeşta kənd məscidi dini icması
16. Lerik rayonu, Bibiyanı kəndi məscidi dini icması
17. Lənkəran rayonu, Daşdatük kənd məscidi dini icması
18. Lənkəran rayonu, Darquba kənd məscidi dini icması
19. Lənkəran rayonu, Cil kəndi “Hüseyniyyə məscidi” dini icması
20. Neftçala rayonu, Astanlı kəndi “Sahib Əzzaman” məscidi dini icması
21. Saatlı şəhər Cümə məscidi dini icması
22. Saatlı rayonu, Soltanabad kəndi “Əbəlfəz” məscidi dini icması
23. Sabirabad rayonu, Bulqalı kənd məscidi dini icması
24. Sabirabad rayonu, Əsgərbəyli kəndi, “İmam Əli” məscidi dini icması
25. Sabirabad rayonu, Bulduğ kənd məscidi dini icması
26. Salyan rayonu, Yenikənd kənd məscidi dini icması
27. Salyan rayonu, Dayıkənd məscidi dini icması
28. Salyan rayonu, Qaraçala qəsəbəsi, "Mərkəzi Cümə" məscidi dini icması
29. Salyan rayonu, Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması
30. Şəki rayonu, Zunud kənd məscidi dini icması
31. Şəki rayonu, Baş Kəldək kənd məscidi dini icması 
32. Şirvan şəhər “İmam Əli” məscid dini icması 
33. Zərdab rayonu, ikinci Alıcanlı kənd məscidi dini icması
34. Zərdab rayonu, Əlibəyli kənd məscidi dini icması

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi