Yuxarı

Bu il həcc ziyarətinə gedən zəvvarlara 26 min həkim xidmət göstərəcək

Zəvvarlar üçün 25 xəstəxana, 158 sağlamlıq mərkəzi fəaliyyətdədir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedən 2 milyon zəvvara 25 xəstəxana, 158 sağlamlıq mərkəzində 26 min həkim heyətilə xidmət göstərilir.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının builki Həcc Ziyarəti Təşkilatının həkim heyətinin rəhbəri və Məkkə bölgəsinin sağlamlıq işləri üzrə müdiri Mustafa Belcun deyib.

O bildirib ki, Məkkə, Mədinə və müqqədəs torpaqlarda göstəridkləri xidmət müqabilində zəvvarlardan ödəniş tələb etmirlər: "Sağlamlıq mərkəzlərində 6 min xəstə üçün yerimiz var. Eləcə də 530 ağır xəstələr üçün çarpayımız var. 871 təcili tibbi yardım maşını hazır vəziyyətdədir. Hacılara 38 ədəd hava nəqliyyatı ilə də xidmət veriləcək".

O bildirib ki, müqəddəs torpaqda 71 ölkənin həkim heyəti fəaliyyət göstərir ki, onlardan 6-sının xəstəxanası da var. Türkiyə də Səudiyyə Ərəbistanında xəstəxanası ilə fəaliyyət göstərən ölkələr sırasındadır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi