Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 600-dən 900-ə qaldırılıb

    Kvota 50 faiz artırılıb

    Bakı. 7 avqust. REPORT.AZ/ Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.

    Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.

    Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.

    Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi