Yuxarı

Bu gün Kəbənin örtüyü dəyişdirilib

Örtüyün hazırlanmasında 700 kq saf ipək, 120 kq gümüş və qızıldan istifadə olunub

Bakı. 31 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu örtük Məkkədə 150 nəfər tərəfindən on ay ərzində toxunub.

Belə ki, saf ipək və qızıldan xüsusi olaraq hazırlanan, uzunluğu 47 metr, eni 657 kvadratmetr olan Kəbə örtüyü 4 tərəfdən sökülərək dəyişdirilir. Köhnəsi götürülərkən eyni anda yenisi çəkilən örtüyün dəyişdirilmə prosesi bir neçə saat davam edir. Kəbə örtüyünün hazırlanması üçün təxminən 700 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıldan istifadə olunur. Kəbənin örtüyünün üzərində qızıl və gümüşdən işlənmiş ayə və dualar yer alır.

Yeni Kəbə örtüyü təxminən 6 milyon dollara başa gəlir. Əvvəlki örtük isə zəmzəm suyu ilə yuyulduqdan sonra nümayiş etdirilmək üçün müsəlman ölkələrinə, muzeylərə və hədiyyə olaraq bəzi dövlət rəhbərlərinə göndərilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi