Yuxarı

Böyük ​Britaniyada dünyanın ən qədim "Quran" əlyazması aşkar edilib

Radiokarbon analizi nəticəsində Quranın 1300 ildən çox yaşı olması onları heyrətə gətirib

Bakı. 23 iyul. REPORT.AZ/ Birmingem Universitetinin əməkdaşları ali təhsil müəssisəsinin kitabxanasında saxlanan "Quran" əlyazmasının dünyanın ən qədim əlyazmalardan biri olduğunu müəyyənləşdiriblər. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Tədqiqatçıların sözlərinə görə, radiokarbon analizi nəticəsində "Quran" səhifələrinin 1300 ildən çox yaşı olması məlum olub və bu fakt onları heyrətə gətirib.

Alimlərin fikrincə, bu fakt onu güman etməyə əsas verir ki, nəzəri cəhətdən əlyazmanı yazan şəxs Peyğəmbərlə görüşə və onun moizələrini dinləyə bilərdi.

Əlyazmanın səhifələrini 1920-ci illərdə Yaxın Şərqdən minlərlə digər qədim sənədlərlə birlikdə universitetə İraq əsilli tarixçi Alfons Mingana verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi