​Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə verib

​Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə verib Tədbir "Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilib
Din
29 İyul , 2016 19:47
​Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə verib

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Məscid kitabxanası” layihəsi çərçivəsində Mehdiabad və Fatmayı qəsəbələrində fəaliyyət göstərən məscidlərə kitablar hədiyyə edib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, qurumun mətbuat katibi Ceyhun Musaoğlunun iştirakı ilə məscid rəhbərliyi və dindarlarla görüşlər keçirilib.

Dindarlar İslam dininin elmə, savada çox böyük üstünlük verdiyini, bu mənada din əhlinin mütaliə etməsinin vacib olduğunu bildiriblər.

Ümumiyyətlə, Bilik Fondunun “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi dəstək verir. Kitablar bu qurumların tövsiyəsi ilə seçilir. 

Son xəbərlər

Orphus sistemi