Bərdədə “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” mövzusunda tədbir keçirilib

Bərdədə “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” mövzusunda tədbir keçirilib Maarifləndirmə tədbirləri vasitəsilə dini radikalizm təsirlərinin aradan qaldırılmasına nail olmağın mümkünlüyü vurğulanıb
Din
7 Fevral , 2017 20:02
Bərdədə “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” mövzusunda tədbir keçirilib

Bakı 7 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov açaraq mövzu ilə bağlı geniş məlumat verib.

Multikultural və tolerantlıq dəyərləri haqqında, həmin dəyərlərin Azərbaycanda yüksək səviyyədə təbliğindən bəhs edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov bu sahədə dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxış edən natiqlər Azərbaycanda mövcud olan multikultural və tolerantlıq dəyərlərinin inkişaf etdirilməsindən bəhs ediblər. Bu cür maarifləndirmə tədbirləri vasitəsilə dini radikalizm təsirlərinin aradan qaldırılmasına nail olmağın mümkünlüyünü vurğulayıblar.

Tədbirdə Bərdə 1 saylı uşaq incəsənət musiqi məktəbi tərəfindən təqdim olunmuş rəsm nümunələrinin sərgisi təşkil olunub. Sərginin sonunda Bərdə 1 saylı uşaq incəsənət musiqi məktəbinin rəsm müəllimi Cahid Cəbizadəyə DQİDK-nın dəstəyi ilə nəşr olunmuş jurnal və kitablar hədiyyə edilib.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.

Son xəbərlər

Orphus sistemi