Bakıda “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri ilə görüş olub

Bakıda “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri ilə görüş olub "Bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik kimi təhdidlər geosiyasi maraqların ödənilməsi vasitəsinə çevrilir"
Din
19 Aprel , 2017 18:56
Bakıda “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri ilə görüş olub

Bakı. 19 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.

S.Heydərov vurğulayıb ki, bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli forma almaqla geosiyasi maraqların ödənilməsi vasitəsinə çevrilməkdədir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. Səyavuş Heydərov bütün bu qarşıdurma və təhdidlərin qarşısının alınmasında Azərbaycanın əsas çıxış yolunu tolerantlıqda, həmrəylikdə gördüyünü bildirib.

Görüşün sonunda qurumun nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.  

Son xəbərlər

Orphus sistemi