Bakıda “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib

Bakıda “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib DQİDK-nin şöbə müdiri: "Qadınların üzərinə böyük məsuliyyət düşür"
Din
23 Avqust , 2016 19:03
Bakıda “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) , Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvləri, eləcə də fəal qadınlar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb. O, Azərbaycanda gedən proseslərdə, eləcə də dini radikalizmlə mübarizədə qadınları daha da fəal olmağa çağırıb, cəmiyyətdə qadınların yüksək mövqeyə malik olduğunu bildirib.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova qeyd edib ki, bugünkü qadınlar nə qədər ismətli, vətənpərvər, aktiv, fədakar və iradəlidirlərsə, sabahkı cəmiyyət də bir o qədər uğurlu olacaq.

Radikal dindarlaşma prosesinin qadınlara, eləcə də gənclərə göstərdiyi mənfi təsirlərdən danışan E. Kərimova deyib ki, bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür: "Qadınlar aldıqları bilik və dünyagörüşünə əsaslanaraq övladlarını ailədə elə tərbiyə edib maarifləndirməlidirlər ki, onlar sərbəst həyata atıldıqda mənfi, milli-mənəvi dəyərlərimizə zidd, radikallığı təbliğ edən qüvvələrin təsirinə məruz qalmasınlar." 

Son xəbərlər

Orphus sistemi