Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək

Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək Konsertdə Məhərrəm ayına həsr olunmuş dini mahnılar səslənəcək
Din
12 Noyabr , 2015 12:49
Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş tədbir və sərgi keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil ediləcək.

Konsert noyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Tədbirdə Məhərrəm ayına həsr olunmuş dini mahnılar səslənəcək.

Bundan əlavə, tamaşaçılara Kərbəla faciəsinə həsr olunmuş "Kərbəla mərsiyələri" təqdim ediləcək.

Tədbirdən öncə isə Məhərrəm ayı ilə əlaqədar 40 ədəd (50x70 ölçüsündə) rəsm sərgilənəcək.

Son xəbərlər

Orphus sistemi