Yuxarı

Bakıda dini tolerantlığa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Tədbir QMİ və ATƏT-in Bakıda layihələr koordinatoru ofisi tərəfindən təşkil olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabr ayının 17-18-də Bakıda dini tolerantlıq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. "Report"un verdiyi xəbərə görə, tədbir Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və ATƏT-in Bakıda layihələr koordinatoru ofisi tərəfindən təşkil olunur.

Konfransda dövlət qurumları, QMİ, beynəlxalq təşkilatlar, parlament, dini icmalar və QHT nümayəndələri iştirak edəcək. İştirakçılar dini tolerantlığın saxlanılması və möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi