Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilir - YENİLƏNİB Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib
Din
21 Dekabr , 2017 11:53
Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib.

Sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxunub.

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”ni və “İslam Həmrəyliyi İli”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verib.


*** 09:37

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransda 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış edir.

Son xəbərlər

Orphus sistemi