Bakı. 23 iyul. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) təhsil almaq istəyən abituriyentlər iyulun 25-dən 29-dək ali təhsil ocağında yaradılmış Dini Psixoloji Komissiyadan keçməlidirlər.
Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, mayın 15-də lll ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlər və iyulun 23-də imtahan verənlər 100-dən çox bal topladıqları halda Dini Psixoloji Komissiyadan keçə bilərlər.
Məlumata görə, imtahandan sonra vakant yerlər olduqda abituriyentlərə 100 və 100-dən aşağı nəticə ilə də qəbul olmaq imkanı yaradılacaq.