Yuxarı

Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər komissiyadan keçirilib

l turda 100-ə yaxın abituriyent müraciət edib

Bakı. 1 avqust. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) təhsil almaq istəyən abituriyentlər üçün təşkil olunmuş Dini Psixoloji Komissiya işini başa vurub.

Universitetdən "Report"a verilən məlumata görə, Komissiyanın tərkibində BİU-nun rektoru, professor hacı Sabir Həsənli, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini hacı Fuad Nurullayev, universitetin kafedra müdirləri Əlirza Qafarov, Elvin Talışınski, şöbə müdiri Əbülfəz Vəliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi, eləcə də psixoloq təmsil olunub.

Komissiyanın fəaliyyət göstərdiyi 4 gün ərzində 100-ə yaxın abituriyent müraciət edib. Bu dəfə seçimə qatıla bilməyənlər ll tur ilə əlaqədar olaraq, avqustun 15-dək 17-dək fəaliyyət göstərəcək olan növbəti Komissiyaya müraciət edə bilərlər.

Qeyd edək ki, Bakı İslam Universiteti üçün ayrılan plan yeri 125-dir. Onlar dan 25 yer qiyabi təhsil üçün nəzərdə tutulub. Universitetdə illik ödəniş 2000, qiyabi təhsildə 1500 manatdır. Ödənişsiz təhsil mövcud deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi