Yuxarı
    Bağlamaq

    Bakı İslam Universitetində magistratura pilləsi yaradılıb

    Burada iki ixtisas üzrə 12 nəfər təhsil ala biləcək

    Bakı. 14 avqust. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) bu il iki ixtisas-“Dinlər tarixi” və “İslamşünaslıq” üzrə magistratura pilləsi yaradılıb. 

    Bu barədə "Report"a Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski məlumat verib.

    O bildirib ki, hər ixtisas üzrə 6 nəfər olmaqla 12 nəfər universitetdə magistratura pilləsi üzrə təhsil ala biləcək: "Bu il BİU-nin bakalavr təhsili üzrə plan yeri də artırılaraq 125 nəfərdən 150-yə qaldırılıb".

    E.Talışınskinin sözlərinə görə, hazırda BİU bir çox ölkələrdə fəaliyyət göstərən ali dini təhsil müəssisələri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edir: "Son dövrlər isə BİU-nin əməkdaşlıq etdiyi təhsil müəssisələrinin əhatəsi daha da genişlənib və yalnız İslam universitetləri ilə kifayətlənilmir. MDB ölkələrindən olan bir neçə universitet ilə Bakı İslam Universiteti arasında elm və təhsil sahəsində ikitərəfli əməkdaşlıq müqavilələri var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi