Bakı İslam Universitetində Həzrət Məhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib

Bakı İslam Universitetində Həzrət Məhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib Azərbaycan xalqı üçün dualar olunub
Din
19 Dekabr , 2016 11:04
Bakı İslam Universitetində Həzrət Məhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib

Bakı 19 dekabr. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) təhsil ocağının Tələbə Elmi Cəmiyyəti və universitet rəhbərliyinin təşkilatçılığı ilə Həzrət Məhəmmədin (s) mövluduna həsr olunmuş tədbir keçirilib.

BİU-dan "Report"a verilən məlumata görə, tədbirdə BİU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri BİU-nun prorektoru hacı Elçin Həsənli açıb.

Universitetin gənc müəllimi, "Heydər" məscidinin müəzzini Hacı Rza Rzayevin ifasında "Qurani-Kərim" tilavət olunub.

BİU-nun tələbələri Qorxmaz Paşayev, Elməddin Mirzəzadə və Əlmasğa Abdulovdan ibarət surud qrupunun ifasında ilahilər oxunub.

Tədbirdə BİU-nun tələbələri Hacı Nicat Hüseynov, Könül Quliyeva, Xədicə Ağayeva və Gülnarə Əsədullayeva tərəfindən İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) haqqında hazırlanan məruzələr səsləndirilib.

BİU tərəfindən hazırlanan Allah Rəsulunun (s) həyatına həsr olunmuş videoçarx nümayiş etdirilib.

BİU-nun tələbəsi, TEC-in üzvü Elgün Bağdadov ilə kafedra müdiri Hacı Elvin Talışınski ərəb dilində ilahi oxuyub.

Tədbirin sonunda kiçik elmi müsabiqə keçirilib və qalib gələn tələbələrə dəyərli hədiyyələr təqdim olunub və sonda isə dualar olunub.

Son xəbərlər

Orphus sistemi