Yuxarı

Bahar Muradova: "Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq"

Bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır

Bakı. 17 dekabr.REPORT.AZ/ Azərbaycana yönəlmiş rahatlığımızı pozmaq istiqamətindəki qüvvələrə qarşı vahid cəbhədə birləşməklə Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bugün "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda keçirilən konfransda bildirib.
“Müvafiq dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında münasibətləri gücləndirmək, bu sahədə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməsi çox səmərəli olacaq. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarda bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq".

Millət vəkili Azay Quliyev isə bildirib ki, Azərbaycanda tarixən dini və etnik zəmində tolerantlıq və sabitlik mövcuddur, lakin bu sabitliyi pozmağa cəhd edən qüvvələr var.

“Əsas dini maariflənmənin düzgün aparılması və onun cəmiyyətə hansı şəkildə təqdim olunmasıdır. Dini maarifləndirmə sahəsinə yad ünsürlərin ayaq açmasına imkan verilməməlidir. Azərbaycanın dünyəviliyi və tolerantlıq bizim zənginliyimizdir. Biz bunu qorumalıyıq".

A.Quliyev əlavə ki, DQİDK ilə birgə görüləcək işlər üçün hədəf qrupları müəyyənləşdirilməlidir: "Bu istiqamətdə müəyyən işlər artıq görülüb. Əsasən etnik qrupların çoxluq təşkil etdiyi bölgələrdə fəallıq göstərməliyik. Çünki bəzi ölkələrin müəyyən qüvvələri bu bölgələrdə müəyyən fəaliyyətlər göstərirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi