Yuxarı
    Bağlamaq

    Komitə sədri: "Azərbaycanlılara qarşı soyqırım siyasəti yalnız bu günün məsələsi deyil"

    Dünya birliyi bu məsələyə laqeyd yanaşmamalıdır

    Bakı. 31 mart. REPORT.AZ/ "İki dövlət arasında müharibə ola bilər və bu müharibə hər iki dövlətin ordusu arasında olur. Dinc əhalini, günahsız xalqı amansızcasına məhv etmək, bir etnik qrupu, dini qrupu və toplumu qətl etmək isə soyqırım siyasətidir". "Report"un məlumatına görə, bunu Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

    M.Qurbanlı bildirib ki, azərbaycanlılara qarşı soyqırım siyasəti yalnız bu günün məsələsi deyil: "Bu soyqırımı törədənlər dünyanın harasında olursa-olsun, nə qədər zaman keçirsə-keçsin, öz layiqli cəzasını almalıdırlar və dünya birliyi də bu məsələyə laqeyd yanaşmamalıdır".

    Komitə sədri əlavə edib ki, Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırım siyasəti dünya birliyinə düzgün çatdırmalı və bu istiqamətdə təbliğat işləri gücləndirməlidir. "Bəzən bizdə belə bir təəssürat yaranır ki, dünya bizim problemimizi bilir. Əgər biz yerimizdə durub qalsaq, hərəkət etməsək, problemlərimizi dünyaya çatdırmasaq, heç kim gəlib bizim problemlərimizi öyrənən deyil. Biz öz problemlərimizi bütün dünyaya müxtəlif xətlərlə mütləq çatdırmalıyıq. Milli Məclis, Xarici İşlər Nazirliyi, ayrı-ayrı hökumət, qeyri hökumət və diaspor təşkilatları vasitəsi ilə bu işlər görülməlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi