Yuxarı

Azərbaycanlı zəvvarlar sabahdan Həcc ziyarətinə yola düşəcək

İlk təyyarə sentyabrın 2-də 08:00-da uçacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycandan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da yola düşəcək.

Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi