Azərbaycanlı zəvvarlar avqustun 29-dan başlayaraq Ərafata çıxacaq

Azərbaycanlı zəvvarlar avqustun 29-dan başlayaraq Ərafata çıxacaq Avqustun 31-dən əsas Həcc ayinlərinə başlanılacaq
Din
28 Avqust , 2017 19:45
Azərbaycanlı zəvvarlar avqustun 29-dan başlayaraq Ərafata çıxacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Azərabaycanlı zəvvarların vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların bir hissəsi avqustun 29-da gecə saatlarında, digər hissəsi isə avqustun 30-u gecə saatlarında Ərafata çıxacaq.

Avqustun 31-də isə Ərəfat vəqfəsi həyata keçiriləcək, əsas Həcc ayinlərinin icrasına başlanılacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. 

Son xəbərlər

Orphus sistemi