Yuxarı

Azərbaycanlı zəvvar Həcc ziyarətində tapdığı pulqabını sahibinə qaytarıb

Dinlə
© Saudi Gazette

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanlı zəvvar Həcc ziyarətində tapdığı pulqabını sahibinə qaytarıb.

"Report" "Saudi Gazette"yə istinadən xəbər verir ki, Abdulla adlı azərbaycanlı təvaf zamanı (Həcc vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq) pulqabını tapıb.

Pulqabında avro, Səudiyyə rialı və kredit kartları olub. O, pulqabındakı kartda göstərilən telefon nömrələri vasitəsilə onun sahibinin yaxınları ilə əlaqə saxlaya bilib. 

Abdulla daha sonra pul kisəsini Avropa, Amerika və Türkiyədən olan zəvvarların işləri üzrə İdarəyə təhvil verib və pulqabını itirən fransalı zəvvar onu oradan götürə bilib.

Azərbaycanlının sözlərinə görə, 1974-cü ildə ilk dəfə Həcc ziyarətinə gəldikdə o, özü pul kisəsini itirib və sonrada Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları əməkaşları onu taparaq qaytarıblar: "İndi 44 il əvvəlin borcunu geri qaytarıram".

Fransız zəvvar isə pulqabının itirilməsinin onun üçün böyük çətinliklər yaratdığını, orada vacib sənədlər olduğunu bildirib və pul kisəsinin tapılması üçün Allaha dua etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi