Azərbaycanlı hacıların hamısı Vətənə dönüb - FOTO

Azərbaycanlı hacıların hamısı Vətənə dönüb - FOTO Bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib
Din
22 Sentyabr , 2016 18:40
Azərbaycanlı hacıların hamısı Vətənə dönüb - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.

"Report" xəbər verir ki, bu gün zəvvarları gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.

Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.

Son xəbərlər

Orphus sistemi