Yuxarı

Azərbaycanla Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. 

"Report" DQİDK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi