Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir Ötən gecə Bakının bütün pravoslav məbədlərində təntənəli ibadət keçirilib
Din
7 Yanvar , 2017 09:53
Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda yaşayan pravoslavlar xristianlığın ən müqəddəs bayramlarından hesab olunan Milad bayramını qeyd edirlər.

Rusiya pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasından "Report"a verilən məlumata görə, cümə günündən şənbə gününə keçən gecə Bakının bütün pravoslav məbədlərində təntənəli ibadət keçirilib.

Bundan başqa, yanvarın 10-da Səməd Vurğun adına Rus Dram tetarında Milad uşaqlar üçün xeyriyyə Milad bayramı keçiriləcək. Elə həmin gün paytaxtda "Kapelhaus" alman-azərbaycan mədəni icmasının binasında Milad bayramına həsr olunmuş konsert təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi