Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

    “Həyat bilgisi” dərsliyindəki dini bilgilər genişləndiriləcək
    © Report

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycanda orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində dünya dinləri və dini inanclar barədə ümumi məlumat verilir. Lakin bu məlumatlar yetərli deyil".

    "Report" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.

    Onun sözlərinə görə, mütəxəssislərlə aparılan fikir mübadiləsi zamanı "Həyat bilgisi" dərsliyində dinlə bağlı biliklərin daha geniş şəkildə verilməsi qənaətinə gəlinib: "Fikrimizcə, gənclərimizin dövlətçiliyimizə və xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışların, dini dözümsüzlük təbliğ edən ideyaların, dini ayrı-seçkilik yaradan prinsiplərin təsiri altına düşməməsi üçün “Həyat bilgisi” dərsliyinin zənginləşdirilməsi faydalı olacaq. Gənclərin radikal təmayüllərin təsiri altına düşməməsi üçün başqa təkliflər irəli sürülür. Belə təklif var ki, orta ümumtəhsil məktəblərində, xüsusilə yuxarı sinif şagirdləri üçün "Dünya dinləri", "Din və cəmiyyət" və ya "Din və mədəniyyət" kimi fənn tədris olunsun. Bu ad şərtidir. Fənnin əsas məqsədi şagirdlərə dünya dinləri haqqında, eyni zamanda radikal dini qruplar, cərəyanlar, onları yaradan səbəblər, dini radikalizmin nəticələri və fəsadları barədə ətraflı bilgi verməkdir. Bunlar qatı dini ideologiyalardan uzaq durmaq və onların psixoloji manipulyasiyalarına uymamaq üçün şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir".

    M.Qurbanlı bildirib ki, Dövlət Komitəsiə yeniyetmə və gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsi üçün respublikanın ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında dini maarifləndirmə işi apararaq mütəmadi seminar-treninqlər keçirir: "Həmin seminar-treninqlərdə zərərli dini cərəyanların və destruktiv təriqətlərin mahiyyəti açıqlanır, onların təbliğat metodları haqqında geniş məlumat verilir. Müşahidələr də onu göstərir ki, bu maarifləndirici silsilə tədbirlər şagird və tələbələr tərəfindən çox maraqla qarşılanır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi