Yuxarı

Azərbaycanın dini icmaları 31 mart soyqırımının ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

İki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən təcavüz və etnik təmizləmə siyasəti aparılır

Bakı. 30 mart. REPORT.AZ / Azərbaycanın dini icma liderləri 31 mart soyqırımının ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. “Report” xəbər verir ki, müraciət Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç adından ermənilər tərəfindən törədilən 31 mart soyqırımının ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara ünvanlanıb.

Müraciətdə bildirilib ki, Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur: "Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və dəhşətli fəlakətin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini icmanı daima narahat edir. İki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasəti aparılır. Bu siyasətin əsas məqsədi azərbaycanlıları öz torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövlətini bu ərazilərdə yaratmaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi