Yuxarı

​Azərbaycandakı kilsələrdən biri Multikulturalizm Muzeyinə çevrilir

Kamal Abdulla: “Bu gün məscid həm də mədəniyyət ocağı olmalıdır”

Bakı. 7 noyabr. REPORT.AZ/ “Bu gün Azərbaycanda məscid ancaq məscid olmamalıdır. Bu gün məscid, həm  mədəniyyət, həm də mənəviyyat ocağı olmalıdır”.

“Report”un xəbərinə görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib. O bildirib ki, məscid dövlətçilik, azərbaycançılıq ocağı, vətənpərvərlik məbədi olmalıdır: “Bir yeniyetmə məscidə gələrkən məktəbin gözü bu uşağın arxasında qalmamalıdır ki, ay aman, məscid əhli çalışacaq ona təcili namaz qılmaq öyrətsin! Bilirsinizmi, əgər bu yeniyetmənin alnında varsa ki, o, namaz qılmalıdır, o, namaz qılacaq. O uşaq məscidə bir kitab dalınca gələ bilər. Və məsciddə bu kitab olmalıdır.

Arzum budur ki, məscidlərimizdə dünyəvi kitablar olsun və bu kitabları həm gənclər oxusun, həm də, vacibi də elə budur - məscid əhli oxusun”.

K.Abdulla deyib ki, Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var.

“Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır” - deyə, o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi