Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır

Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır Yanvarın 6-dan 7-nə keçən gecə Bakıdakı bütün pravoslav kilsələrində təntənəli ibadət baş tutacaq
Din
6 Yanvar , 2016 15:16
Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından "Report"a verilən məlumata görə, yanvarın 6-dan 7-nə keçən gecə Bakıdakı bütün pravoslav kilsələrində təntənəli ibadət baş tutacaq.

Eyni zamanda, yanvarın 7-də saat 16.00-da Milad münasibətilə bayram ibadəti keçiriləcək.

Yeparxiyadan aldığımız məlumata görə, yanvarın 8-də Bakıda xeyriyyə məqsədilə uşaqlar üçün Milad yolkası qurulacaq. Yanvarın 11-də isə "Kapelhaus" Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində bayram konserti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi