Azərbaycanda yaşayan katoliklər Milad bayramına hazırlaşır

Azərbaycanda yaşayan katoliklər Milad bayramına hazırlaşır Dekabrın 24-də Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində milad ibadəti başlayacaq
Din
24 Dekabr , 2015 12:20
Azərbaycanda yaşayan katoliklər Milad bayramına hazırlaşır

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan katolik icması dekabrın 25-də İsa Məsihin doğum günü ilə əlaqədar Milad bayramını qeyd edəcək.

Dekabrın 24-ü saat 20:00-da Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində milad ibadəti başlayacaq, uşaqlar üçün isə xüsusi bayram proqramı təşkil olunacaq.

Dekabrın 25-də isə iki ibadət olacaq: 11:00-da ingilis, 13:00-da rus dilində. Axşam ibadəti isə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, katoliklər Milad bayramını adətən, 8 gün - dekabrın 25-dən yanvarın 1-nə qədər qeyd edirlər.

Son xəbərlər

Orphus sistemi