Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur Bayram münasibəti ilə Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək
Din
24 Sentyabr , 2015 00:00
Azərbaycanda Qurban bayramı qeyd olunur

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda müsəlmanların müqəddəs Qurban bayramı qeyd olunur.

“Report” xəbər verir ki, Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə isə 24 sentyabr tarixinə təsadüf edir. 

Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri iş günüdür. Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu  bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar bu gün və sabah Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək.

Son xəbərlər

Orphus sistemi