Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar imzalanıb
Din
7 Avqust , 2015 13:56
Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, NK-nin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i Qurban bayramıdır. Növbəti iki gün (26-27 sentyabr) isə şənbə və bazara təsadüf edir. Bu səbəbdən də gələn ay Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

Son xəbərlər

Orphus sistemi