Yuxarı

Mübariz Qurbanlı: "Azərbaycanda olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir"

Hazırda ölkədə 2100 məscid var

Bakı. 21 iyun. REPORT.AZ/ “Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət-din münasibətləri tənzimlənir. İlk dəfə bu münasibətlər post-sovet məkanında Azərbaycanda qurulub”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı DQİDK-nin yaranmasının 15 illiyi ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda olan dövlət-din münasibətləri bütün dünyaya nümunədir: “Dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” qanunu ilə tənzimlənir. Azərbaycan çoxkonfessiyalı ölkədir. Ölkədə müsəlman məscidləri ilə bərabər xristian, yəhudi məbədləri var. Hazırda ölkədə 2100 ibadətgah var. Azərbaycan Prezidenti İlham Əliyev dinlə bağlı məsələlərə xüsusi diqqət göstərir. Azərbaycanda dövlət dini icmaların maliyyələşməsini həyata keçirir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi