Yuxarı

Azərbaycanda müqəddəs Ramazan ayının başlama və bitmə təqvimi açıqlanıb

Ramazan iyunun 18-də başlayır və iyulun 18-də bayram namazı qılınacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanda müqəddəs Ramazan ayının başlama və bitmə tarixi açıqlanıb. “Report” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iyunun 3-də keçirilən birgə iclasında bununla bağlı fətva verilib. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə iyunun 18-ə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı isə Şəvval ayının 1-i - iyul ayının 18-ə düşür və həmin gün bayram namazı qılınacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi