Yuxarı
    Bağlamaq

    Azərbaycanda Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim verilib

    Bu ilin iyul ayında Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərim çap edilib

    Bakı. 13 noyabr. REPORT.AZ/ Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib. Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

    DQİDK Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər. 

    Şöbənin əməkdaşları Timur Balayevə DQİDK-nin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim ediblər. Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.

    Qeyd edək ki, bu ilin iyul ayında DQİDK-nin maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərim çap edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi