Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 767-yə çatıb

    Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib© Report.az

    Bakı. 30 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçən 7 dini icmaya şəhadətnamələr təqdim edilib.

    Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

    Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayan Dövlət Komitəsi sədrinin birinci müavini bildirib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə dini icmalar da məsuliyyət daşıyır.

    Dövlət Komitəsi sədrinin birinci müavini yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.

    Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.

    Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi